SİYASƏT
22 saylı Nəsimi II seçki dairəsində səsverənlər məntəqələrdə yaradılan şəraitdən razılıqlarını bildirirlər
Bakı, 26 sentyabr, Bəhruz Vəliyev, AZƏRTAC
Sentyabrın 26-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi (referendum) keçirilir.
AZƏRTAC xəbər verir ki, bütün seçki dairələrində olduğu kimi, 22 saylı Nəsimi II seçki dairəsində də referendumun keçirilməsi üçün lazım olan bütün şərait yaradılıb.
Seçki dairəsi dairə seçki komissiyasının sədri Vaqif Qasımov AZƏRTAC-a bildirib ki, 39 min 501 seçicisi olan dairədə 28 məntəqə fəaliyyət göstərir. On məntəqədə veb-kameralar quraşdırılıb. Səsvermə prosesini izləmək üçün dairədə 425 yerli müşahidəçi qeydiyyata alınıb.
Seçicilər səsvermədə fəal iştirak edirlər. Səsverməyə gələn vətəndaşlar seçki məntəqələrində yaradılan şəraitdən razılıqlarını bildirdilər.