İDMAN
UEFA Millətlər Liqası: Azərbaycan-Qazaxıstan oyununun birinci hissəsində hesab açılmayıb
Bakı, 25 sentyabr, AZƏRTAC
UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən Azərbaycan - Qazaxıstan oyununda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, "Dalğa Arena"da oynanılan qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Ancaq Qazaxıstan millisi azlıqda qalıb. Belə ki, matçın 35-ci dəqiqəsində millimizin üzvü Renat Dadaşova qarşı kobud oynayan qazaxıstanlı futbolçu Nuralı Alip qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.
Hazırda 13 xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, qrupun digər oyununda Belarus millisi Slovakiya yığmasının qonağıdır. Hazırda Belarus seçməsi 1:0 hesabı ilə öndədir.