CƏMİYYƏT
Horadizdə qazilərə psixoloji dəstək məqsədilə sosial layihə həyata keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycanda şəhidlərin ruhuna həmişə böyük ehtiram göstərilib, xatirələri uca tutulub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Bu sözləri AZƏRTAC-a qardaş Türkiyədə təhsil almış neyropsixoterapevt Nurana Kazimova deyib.
Bildirib ki, "Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti" İctimai Birliyi sədri, psixoloq Hakan Seyhan ilə birgə qazilərə mənəvi, psixoloji dəstək məqsədilə sosial layihə həyata keçirib.
Qeyd edib ki, bu gün Anım Günü ilə əlaqədar Füzuli rayon Horadiz şəhərində Şəhidlər xiyabanında şəhidlərin xatirəsini anıblar. Daha sonra qazilərlə görüşərək onların müharibədən sonra yaşanan psixoloji problemləri ilə maraqlanıblar.