SİYASƏT
Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üzərində iş davam edir
Bakı, 27 sentyabr, AZƏRTAC
Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə hazırlanan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ölkəmizdə dövlət qeydiyyatına alınmış siyasi partiyalardan yeni təkliflər daxil olmaqdadır və qanun layihəsi üzərində iş davam edir.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmçinin Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai rəy sorğusunun həyata keçirilməsi nəzərdə tutulur.
Bütün bunları nəzərə alaraq, Milli Məclisdə bu layihə ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb. Prosesin gedişi haqqında əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]