MƏDƏNİYYƏT
Dövlət Arxivinin Gəncə filialında Anım Günü ilə bağlı sərgi açılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
27 sentyabr 2022-ci il tarixində Dövlət Arxivinin Gəncə filialında “Vətən müharibəsi şəhidləri-Zəfərimizin qəhrəmanları” adlı sənəd sərgisi təşkil olunub.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə 12 nəfər Vətən müharibəsi şəhidinin Dövlət Arxivinin Gəncə filialına qəbul edilmiş şəxsi mənşəli sənədləri təqdim edilib.
Bununla yanaşı, təqdim olunan sənədlər və materiallar içərisində filial əməkdaşlarının mövzuya uyğun olaraq sözügedən sənədlər əsasında hazırladıqları məqalələr də yer alıb.
Sərgi 8 Noyabr - Zəfər Gününə qədər davam edəcək.
27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Dövlət Arxivinin Şirvan filialının əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, şəhid ailələri ilə görüş keçiriblər.