DÜNYA
ABŞ bosniya və herseqovinalı prokurora sanksiya tətbiq edib
Sarayevo, 29 sentyabr, AZƏRTAC
ABŞ-ın Maliyyə Nazirliyi Bosniya və Herseqovinanın prokuroru Diana Kaymakoviçi sanksiyalar siyahısına daxil edib.
AZƏRTAC xəbər verir ki, korrupsiyada və cinayətkarlarla əməkdaşlıqda ittiham olunan D.Kaymakoviçin cinayətkar dəstələrlə əlaqəsi olduğu iddia edilir.
Birləşmiş Ştatlar D.Kaymakoviçi narkotik alverçiləri və digər cinayətkarları dəstəkləyən sübutları gizlətməkdə, prokurorluğun fəaliyyətinə mane olmaqda, şəxsi mənfəət müqabilində cinayətkar təşkilatlara başqa cür yardım etməkdə ittiham edib.
Qeyd edək ki, D.Kaymakoviç hazırda Bosniya və Herseqovinanın baş prokuroru postuna iddialı şəxslər sırasındadır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]