CƏMİYYƏT
Zaqatalada toy karvanında qaydaları pozan sürücülər cərimələniblər
Bakı, 6 oktyabr, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən nəzarət-yoxlama tədbirləri zamanı toy karvanında yol-hərəkəti qaydalarını davamlı olaraq pozan, eləcə də nəqliyyat vasitəsində əlavə konstruksiya dəyişikliyi edən sürücülər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin sürücülərlə profilaktik söhbət aparılıb, bu kimi halların özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükəli olduğu izah edilib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:54]
Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb
- 25.04.2024 [19:36]
Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib
- 25.04.2024 [18:22]
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb
- 25.04.2024 [18:18]