Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Əqli Mülkiyyət Agentliyinin nümayəndələri Türkiyədə keçirilən simpoziumda iştirak ediblər

Bakı, 29 noyabr, AZƏRTAC

Türkiyə Respublikasının Antalya şəhərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Türkiyə Patent və Əmtəə Nişanları Qurumu (Türkpatent) və Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin (Sakpatenti) təşkilatçılığı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) dəstəyi ilə coğrafi göstəricilər mövzusunda regional simpozium və coğrafi göstəricilərin sərgisi keçirilib. Tədbirin əsas məqsədi coğrafi göstəricilərin qorunması, kollektiv idarə olunması və kommersiyalaşdırılması sahəsində təcrübə mübadiləsi olub.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Simpoziumun açılış mərasimində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun videomüraciəti nümayiş etdirilib. K.İmanov Azərbaycanın coğrafi göstəriciləri və brendlərinin təqdim olunmasından məmnun olduğunu qeyd edərək tədbirin bütün təşkilatçılarına, ilk növbədə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatına və Türkiyə Patent və Əmtəə Nişanları Qurumuna onları nümayiş etdirmək imkanına görə təşəkkürünü bildirib.

K.İmanovun müraciətində vurğulanıb ki, xalqların mədəni müxtəlifliyinin tanınması və qorunub saxlanılması, onların mədəni ifadə formalarının “mədəni kapital” mənbəyi kimi təbliği hər zaman yaradıcılığın stimullaşdırılmasına və əqli mülkiyyət xəzinəsinin innovasiyalarla zənginləşməsinə xidmət edib. Mənşə adları vasitəsilə həyata keçirilən bu nəcib missiya ziyarətçilərə Azərbaycan xalqının qədim tarixi keçmişi, onun zəngin mədəniyyəti ilə tanış olmağa imkan verir. Təqdim olunan bir çox coğrafi göstəricilərlə müəyyən edilən məhsullar ənənəvi üsul və biliklər əsasında yaradılır, istehsal olunur və nəsildən-nəslə mənşə yerlərinin varislərinə keçir. Bununla da bir sıra belə məhsullar müvafiq regionun adət-ənənələrinə əsaslanan yaradıcı irsin səciyyəvi xüsusiyyətlərini daşıyır və ənənəvi mədəni ifadələr (ƏMİ) və ənənəvi biliklər (ƏB) adlandırılan qeyri-maddi mədəni irs kateqoriyasına aid edilir. ƏMİ və ƏB Azərbaycanda “sui generis” rejimində qorunur, lakin coğrafi göstəricilər məhsulun standartları hesabına onun dolayı qorunma aləti kimi çıxış edir.

Sərgidə təqdim olunan coğrafi göstəricilərin (brendlərin) nümunələrinin diqqətəlayiq bir xüsusiyyətə malik olduğunu diqqətə çatdıran K.İmanov onların tarixi-mədəni keçmişimizdən qaynaqlandığını, Azərbaycan adət-ənənələrini, müasir mərhələdə Azərbaycan xalqının əqli mülkiyyətinin varisliyini və davamlılığını təqdim etdiyini bildirib.

Qeyd edilib ki, Azərbaycan milli mətbəxinin inciləri – dolma və Şəki paxlavası, mineral sularımız və şərablar, milli əl işi sənət nümunələri – xalça və kəlağayı, milli musiqi alətləri – tar, kamança və dəf, həmçinin misgərlik sənəti etnosumuzun mənəvi dünyası və mentaliteti, intellekti və dünyagörüşü ilə sıx bağlıdır, onlar mədəniyyətimizin ruhunun daşıyıcılarıdır.

K.İmanov bu nümunələrin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini vurğulayaraq sərgilənən Azərbaycan mədəniyyətinin seçmə elementlərinin zəngin və qədim mədəniyyətimiz haqqında geniş məlumat verəcəyinə əmin olduğunu bildirib və tədbirin işinə uğurlar arzulayıb.

Simpoziumun açılışında Türkpatentin rəhbəri Cemil Başpinar, Sakpatentinin rəhbərinin müavini Nino Çikovani, ÜƏMT-nin Keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr departamentinin direktoru Habip Asan da çıxış ediblər.

Ondan artıq ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. O, seminarda ölkəmizin əqli mülkiyyət sistemi və Azərbaycana məxsus coğrafi göstəricilər haqqında təqdimat edib. Azərbaycanda coğrafi göstəricilərin ekspertizasının Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb.

S.Tapdıqov on bir iqlim qurşağından doqquzunun Azərbaycanda olmasının ölkəmizdə coğrafi göstərici ola biləcək yüzlərlə çeşidin mövcudluğunu şərtləndirdiyini qeyd edərək Azərbaycanın bölgələrinə məxsus qida məhsulları, kənd təsərrüfatı məhsulları, özündə ən qədim adət-ənənələri əks etdirən müxtəlif sənətkarlıq nümunələrinin ölkəmizdən çox-çox kənarlarda geniş tanındığını bildirib.

Vurğulanıb ki, bütöv tariximizi əks etdirən Şirvan, Bakı, Quba, Qarabağ, Şəki, Naxçıvan və başqa bölgələrimizə məxsus xalçalar, kəlağayılar, mineral sular, qida məhsulları, şərablar və digər məhsullar xalqımızın əsrlər boyu qazandığı maddi-mənəvi dəyərləri olaraq ənənəvi həyat tərzinə çevrilib. Ölkəmizə turistlərin cəlb edilməsində bu dəyərlərin rolu danılmazdır.

S.Tapdıqov Azərbaycanın 20 faiz ərazisinin 30 ilə yaxın işğal altında olduğunu, həmin dövr ərzində bu ərazilərin talan edildiyini, təbiətə əhəmiyyətli dərəcədə ziyan vurulduğunu xüsusi qeyd edərək 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Zəfər qazandığını, torpaqlarımızın işğaldan azad edildiyini və bununla tarixi ədalətin bərpa olunduğunu bildirib. O, azad olunmuş ərazilərdə uzun illər ərzində həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda şöhrət qazanmış coğrafi göstəricilərin qorunmasının xüsusi əhəmiyyət kəsb etdiyini, artıq bu istiqamətdə işlərə başlanıldığını və ilk olaraq bu il məşhur “Ağdam” şərabının qeydiyyata alındığını diqqətə çatdırıb.

Təqdimatın sonunda Azərbaycanın bu sahədə çox böyük potensialının olduğu və bu istiqamətdə görülən tədbirlər nəticəsində əldə olunacaq nailiyyətlərin ölkəmizlə bərabər ümumilikdə regionun iqtisadiyyatının güclənməsinə öz töhfəsini verəcəyi bildirilib.

Simpozium çərçivəsində region ölkələrinin coğrafi göstəricilərinin sərgisi də təşkil olunub. Sərgidə Azərbaycan Respublikası üçün ayrılmış pavilyonda ölkəmizə məxsus coğrafi göstəricilər (Sirab, Badamlı, Meysəri, Ağdam şərabı, Şəki halvası) təqdim edilib, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycana məxsus xalça nümunələri (Bağmanlı xalçası, Çələbi xalçası, Qarabağ xalçası, Bağmanlı (Talış) xalçası, Butalı Qarabağ xalçası və Qarabağ modern xalçası), kəlağayı (Basqal kəlağayısı) qeyri-maddi irs nümunələri barədə ətraflı məlumat verilib.

Azərbaycan coğrafi göstəriciləri ilə təchiz edilmiş malların Antalya sərgisində nümayiş etdirilməsinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən geniş texniki və maliyyə dəstəyi göstərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir