CƏMİYYƏT
Daxili işlər naziri Xaçmazda vətəndaşlarla görüşəcək
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il dekabrın 17-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 16-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [12:55]
Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq
- 25.04.2024 [12:45]
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
- 25.04.2024 [12:38]
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
- 25.04.2024 [12:33]