ELM VƏ TƏHSİL
Azərbaycan alimi beynəlxalq konfransda Lütfi Zadənin elmi irsindən danışıb
Bakı, 30 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Süni intellekt metodlarının tətbiqi ilə tanınma məsələlərinin tədqiqi laboratoriyasının aparıcı elmi işçisi professor Şahnaz Şahbazova Polşanın Varşava şəhərində keçirilən “İntuisionistik qeyri-səlis çoxluqlar və ümumiləşdirilmiş şəbəkələr” (“IWIFSGN-2022”) adlı XX beynəlxalq konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ş.Şahbazova konfransda “Lütfi Zadənin həyatı və elmi irsi. Onun ölümündən sonrakı 5 illik elmi fəaliyyətimiz” mövzusunda çıxış edib.
Məruzədə professor Lütfi Zadənin həyatı, elmi irsi və onun məqalələri, elmi işlərinin ilkin nəticələri, eləcə də elmi kəşfləri əksini tapıb.