İQTİSADİYYAT
On ayda Bakıda ticarət dövriyyəsinin həcmi artıb
Bakı, 30 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında paytaxtda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz artaraq 19 milyard 306,6 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq 10 milyard 30,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,4 faiz artaraq 9 milyard 276,5 milyon manata çatıb.
İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 44,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.