MƏDƏNİYYƏT
Xalq artisti Ağasadıq Gəraybəylinin 125 illiyi qeyd olunub
Bakı, 1 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində görkəmli teatr və kino xadimi, Xalq artisti Ağasadıq Gəraybəylinin 125 illiyi təntənəli şəkildə qeyd olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ağasadıq Gəraybəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Çıxış edənlər Ağasadıq Gəraybəylinin sənət yolundan danışaraq, onun bütün ömrünü Azərbaycan teatrı və kinosunun inkişafına həsr etdiyini, bir-birindən maraqlı, ölməz obrazlar yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Xalq artisti geniş yaradıcılıq diapazonuna malik böyük sənətkar kimi Azərbaycanın zəngin mədəniyyət salnaməsində xüsusi yer tutur. Onun milli dram teatrının səhnəsində və kinematoqrafiyada professionallıq baxımından son dərəcə müvəffəqiyyətlə canlandırdığı müxtəlif xarakterli obrazlar yüksək bədii təsir qüvvəsini qoruyub saxlamış dəyərli sənət nümunələridir.
Sonra tanınmış müğənnilərin, rəqs qruplarının və tələbə aktyorların rəngarəng çıxışları maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]