REGİONLAR
Göyçay sahibkarlarının ixrac zamanı qarşılaşdıqları çətinliklər dinlənilib
Bakı, 2 dekabr, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ixracatçılarla görüşlərini davam etdirir.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, növbəti belə görüş Göyçay rayonunda keçirilib. Yüzdən çox ixracatçının iştirakı ilə keçirilən görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Dövlət Gömrük Komitəsinin Baş idarə rəisi Mirqasım Vahabov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.
Görüşdə ixracatçılara göstərilən dəstək tədbirləri, konsiqnasiya üsulu ilə ixrac olunmuş məhsulların dəyərinin ölkəyə gətirilməsi, ticarət qanunvericiliyinin tələblərinə əməl edilməsi məsələləri müzakirə olunub, sahibkarların ixrac zamanı qarşılaşdıqları məsələlər, onların həlli yolları barədə fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]