İDMAN
Mundiallar tarixinin ən yaşlı braziliyalı futbolçusu, məğlubiyyətsizlik seriyasının sonu FOTOREPORTAJ VİDEO
Bakı, 3 dekabr, AZƏRTAC
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının G qrupunun sonuncu turunda Kamerun millisi Braziliya yığmasını 1:0 hesabı ilə məğlub edib. Ancaq bu qələbə komandanın mərhələ adlaması üçün yetərli olmayıb. Braziliya seçməsi isə 6 xalla qrup lideri kimi səkkizdəbir finala vəsiqə qazanıb.
Bu oyunda meydana çıxan Dani Alves Braziliya futbolunun tarixinə düşüb. Belə ki, o, mundiallar tarixində çıxış edən ən yaşlı braziliyalı adına sahib olub. Kamerun ilə matça müdafiəçi 39 yaş, 6 ay, 27 günlüyündə çıxıb. 2006-cı ildə Braziliya millisində debüt edən D.Alves 124 oyunda 21 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliya millisinin dünya çempionatlarının qrup mərhələsindəki məğlubiyyətsizlik seriyası qırılıb. Qətərdə qrup mərhələsi çərçivəsində Serbiyanı 2:0, İsveçrəni 1:0 hesabı ilə məğlub edən Braziliya millisi sonuncu dəfə 1998-ci il dünya çempionatının qrup mərhələsində Norveçə 1:2 hesabı ilə uduzmuşdu.
AZƏRTAC Kamerun–Braziliya oyunundan maraqlı görüntüləri təqdim edir. Fotolar “Çempionat” saytının fotomüxbirinə məxsusdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]