CƏMİYYƏT
Sarayevodakı xeyriyyə yarmarkasında ölkəmiz də təmsil olunub
Sarayevo, 3 dekabr, AZƏRTAC
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi Sarayevoda keçirilən xeyriyyə yarmarkasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, builki Diplomatik Qış Bazarında 40 səfirlik və beynəlxalq təşkilat iştirak edib. Azərbaycan, Avstraliya, Almaniya, Əlcəzair və yəhudi icması kimi bir neçə yeni iştirakçı ənənəvi xeyriyyə yarmarkasına ilk dəfə qoşulub.
Azərbaycan stendində dövlət atributları, milli mətbəx nümunələri və ənənəvi şirniyyatlar, o cümlədən ölkəmizin mədəniyyətini və tarixini əks etdirən eksponatlar və suvenirlər nümayiş etdirilib, səfirlik əməkdaşları humanitar proqramda iştirak ediblər. Azərbaycan stendi iştirakçıların marağına səbəb olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:05]
Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub
- 19.04.2024 [17:53]
Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub
- 19.04.2024 [17:46]