CƏMİYYƏT
Nyu-Cersi ştatına quş qripi ilə bağlı tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Belə ki, həmin ərazidə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən yüksək patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq yüksək patogen quş qripi xəstəliyinə görə Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.