CƏMİYYƏT
Bakıda Azərbaycanın və İtaliyanın gənc memarlarının forumu keçirilir
Bakı, 6 dekabr, AZƏRTAC
Bakıda “Şuşa İli” çərçivəsində Azərbaycanın və İtaliyanın gənc memarlarının forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, dekabrın 8-dək davam edəcək forum çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində professor-müəllim heyəti tərəfindən ingilis və italyan dillərində ikigünlük emalatxana çalışmaları baş tutacaq və layihənin yekununda sərgi təşkil olunacaq.
Sərgidə Azərbaycan və İtaliya gənc memarlarının təxəyyülünün nəticəsində ərsəyə gələn və gələcəkdə Şuşa şəhərində tikilməsi mümkün olan sosial obyektlərin eskizləri nümayiş etdiriləcək.
Forum Gənclər Fondunun dəstəyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə keçirilir.