SİYASƏT
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində sakinlər öz iradələrini sərbəst şəkildə ifadə edirlər
Bakı, 26 sentyabr, AZƏRTAC
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində də referendumun şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün şərait yaradılıb.
Bu seçki dairəsinə daxil olan 31 daimi seçki məntəqəsində 34 min 930 vətəndaş qeydiyyatdadır. Onlardan 83 nəfər ilk dəfə səs verənlər, 995 nəfər isə 80 yaşdan yuxarı olan vətəndaşlardır.
Dairə seçki komissiyasının sədri Ağabala Quliyev məlumat verib ki, məntəqələr fasiləsiz elektrik enerjisi, rabitə, kompyuterlər və digər avadanlıqlarla təchiz edilib. Seçki məntəqələrinin 10-da veb-kamera quraşdırılıb.
Sakinlər referendumda fəal iştirak edirlər. Səhər saatlarında referenduma gələn vətəndaşlar seçki məntəqələrində yaradılan şəraitdən razılıqlarını bildirirlər.