İDMAN
“Qarabağ” klubu “Fənərbağça”nın sabiq futbolçusunu heyətinə qatıb
Bakı, 27 yanvar, AZƏRTAC
Ağdamın "Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib.
Əlcəzair millisinin sabiq üzvü ilə imzalanmış müqavilənin müddəti hələlik bəlli deyil.
Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib. O, 2016 - 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:41]
Növbəti köç karvanı Füzuliyə çatıb
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]