CƏMİYYƏT
Vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı 12 ov tüfəngi götürülüb
Bakı, 28 yanvar, AZƏRTAC
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 27-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:45]
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
- 25.04.2024 [15:04]
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
- 25.04.2024 [14:41]