REGİONLAR
İndiyədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,47 milyard manatdan çox investisiya yatırılıb
Sumqayıt, 1 fevral, AZƏRTAC
İndiyədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,47 milyard manatdan çox investisiya yatırılıb, 10300-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması isə nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
“Sənaye zonaları üzrə indiyədək ümumilikdə 8,8 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 2,9 milyard manatı və ya 33 faizə yaxın hissəsi ixrac olunub”, - deyə o bildirib.