DÜNYA
Zelenski: Kiyev Aİ-yə daxil olmaq üçün danışıqlara mümkün qədər tez başlamaq istəyir
Bakı, 4 fevral, AZƏRTAC
Kiyevin məqsədi Avropa İttifaqına (Aİ) daxil olmaq üçün danışıqlara mümkün qədər tez başlamaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski bildirib.
Aİ-Ukrayna sammitindən sonra açıqlama verən Zelenski deyib: “Məqsədimiz tamamilə aydındır: Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamaq. Biz Ukrayna ilə Aİ arasında yaxınlaşma işində bir gün belə itirməyəcəyik”.
Zelenski qeyd edib ki, Ukrayna sammitdə Avropa Komissiyasının tövsiyələrinin icrasında əldə olunan irəliləyişi təqdim edib. Sammitin birgə bəyanatında ilk dəfə rəsmi Kiyevin ittifaqa daxil olmaq üçün danışıqlara ən qısa zamanda başlamaq niyyəti qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]