CƏMİYYƏT
Yarımstansiyadan dəyəri 73,8 min manat olan elektrik avadanlığı oğurlanıb
Bakı, 4 fevral, AZƏRTAC
Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73 min 800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.