İQTİSADİYYAT
“MONEX” Türkiyəyə komissiyanı sıfırlayıb
Bakı, 8 fevral, AZƏRTAC
“MONEX” və “UPT” pulköçürmə sistemləri fevralın 8-dən etibarən Türkiyədəki TL bank hesablarına köçürmələr üzrə komissiyaları sıfırlayıb.
“Muğanbank”dan AZƏRTAC-a bildirilib ki, bu qərar qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qəbul edilib.
“Biz bu çətin zamanda qardaş Türkiyə xalqına və orada olan həmyerlilərimizə dəstəyimizi göstərmək istəyirik. Komissiya haqqını ləğv etməklə insanların Türkiyədə olan əzizlərinə və yaxınlarına ehtiyac vəsaitini göndərmələrini asanlaşdıracağımıza ümid edirik”,- deyə “Muğanbank”ın İdarə Heyətinin sədri Elnur Abbasov bildirib.
Qeyd edək ki, komissiyasız köçürmələr fevralın 15-dək qüvvədə olacaq.
“MONEX” və “UPT” haqqında ətraflı məlumat almaq üçün www.monexmt.az və www.upt.com.tr veb-saytlarına keçid edə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]