İDMAN
Azərbaycan çempionatlarında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib
Bakı, 8 fevral, AZƏRTAC
Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, qadınlar arasında Yüksək Liqada ikinci dövrənin son turu fevralın 9-da keçiriləcək. Dördüncü turun ilk qarşılaşması “Abşeron” - “Murov” komandaları arasında olacaq. Görüş saat 16:00-da başlanacaq. Saat 18:00-da start götürəcək ikinci matçda isə UNEC və “Azərreyl” klubları üz-üzə gələcəklər.
Kişilər arasında Yüksək Liqada altıncı turun matçları isə fevralın 10-da oynanılacaq. Həmin gün ilk olaraq saat 16:00-da MOİK - “Neftçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. İkinci dövrənin son matçında isə “Xarı bülbül” klubu “Murov”la qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]