TARİXDƏ BU GÜN


24 DEKABR

1961-ci il. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü. 2013-cü ildə üçüncü müddətə Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev xalqımızın ulu öndəri Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək erudisiyaya malik olan İlham Əliyev beynəlxalq aləmdə müasir və praqmatik siyasətçi kimi tanınır. Onun rəhbərliyi ilə həyatın bütün sahələrində böyük uğurlara imza atan, dinamik inkişaf edən Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib.
2011-ci il. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə “Bakı Ağ şəhər”in təməli qoyulub. Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə “Qara şəhər” kimi tanınırdı və ekoloji baxımdan tamamilə yararsız vəziyyətdə idi. “Bakı Ağ şəhər” layihəsinin baş məsləhətçisi Böyük Britaniyanın dünyada tanınmış beynəlxalq layihələndirmə şirkətidir.
2007-ci il. Şirvan şəhərində “Cənub” elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. 780 meqavat gücə malik bu stansiya 2013-cü ildə istifadəyə verilib.
1939-cu il. Tanınmış şair, Əməkdar Mədəniyyət İşçisi Məmməd Aslan anadan olub (1939-2015). “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor işləyib. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Ekran-efir” qəzetinin baş redaktoru olub, uzun illər AzTV-də “Dərədən-təpədən” verilişini aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
28.02.2017 [09:00]
27.02.2017 [09:00]
26.02.2017 [09:00]
25.02.2017 [09:00]