TARİXDƏ BU GÜN


24 OKTYABR

A+ A

2008-ci il. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilib.
Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı Günüdür. Bu il BMT özünün 71-cı ildönümünü qeyd edir. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minib, Nizamnaməsi qəbul edilib. Təşkilata “Birləşmiş Millətlər” adı ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar tarixli deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən 24 oktyabr tarixi BMT Günü kimi qeyd edilir.
1648-ci il. Vestfaliya sülhünün bağlanması ilə Müqəddəs Roma imperiyasında protestant uniyası ilə katolik liqası arasında otuzillik müharibə (1618-1648) başa çatıb. Vestfaliya sülhü beynəlxalq münasibətlərdə suveren dövlət prinsipinin bərqərar olmasına gətirib çıxarıb.
1882-ci il. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavid anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavidin yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub. Şairin cənazəsinin uzaq Sibirdən Vətəninə gətirilməsi, məzarı üzərində məqbərənin ucaldılması adı totalitarizmin günahsız qurbanlarının rəmzinə çevrilmiş Cavidə və 1930-cu illərin repressiyalarına məruz qalmış minlərlə Azərbaycan ziyalısının xatirəsinə xalq ehtiramının təcəssümüdür. Onun “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” və digər əsərləri hər zaman sevilə-sevilə oxunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
04.12.2016 [09:00]
03.12.2016 [09:00]
02.12.2016 [09:00]
01.12.2016 [09:00]