İDMAN
Azərbaycanın U-19 millisi Avropa çempionatında mübarizəni dayandırıb
Bakı, 25 mart, AZƏRTAC
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, futzalçılarımız Bosniya və Herseqovinada Yunanıstandan olan həmyaşıdları ilə qarşılaşıb.
Baş məşqçi İlqar Aslanovun yetirmələri 3:11 hesabı ilə məğlub olublar. Millimizin heyətində Rüfət Məmmədli, Fərid Abbasov və Şahbaz Həndəmli fərqləniblər.
Millimiz əvvəlki oyunlarında Fransa yığmasına 0:5, Bosniya və Herseqovina seçməsinə isə 1:4 hesabı ilə məğlub olub. Üç oyunun nəticəsinə görə, millimiz Avropa çempionatında mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]
Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub
- 20.04.2024 [11:58]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib
- 20.04.2024 [11:33]