DÜNYA
Özünü qadın kimi təqdim etməyə çalışan idmançılar dünya çempionatından kənarlaşdırılıb
Bakı, 26 mart, AZƏRTAC
Beynəlxalq Boks Assosiasiyasının (AIBA) rəhbərliyi Hindistanda keçirilən qadınlar arasında dünya çempionatında iştirak etmək üçün özünü qadın kimi təqdim edən idmançıları siyahıdan çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şənbə günü TASS-a təşkilatın prezidenti Umar Kremlev məlumat verib.
“DNT testlərinin nəticələrinə əsasən, həmkarlarını aldatmağa cəhd edən və özünü qadın kimi göstərən bir sıra idmançını müəyyən etdik. Testlərin nəticələrinə görə, onlarda XY xromosomları olduğu sübuta yetirildi. Belə idmançılar müsabiqədən uzaqlaşdırıldı”, - Kremlev bildirib.
Qeyd edək ki, qadınlar arasında dünya çempionatı martın 15-dən 26-dək Nyu-Dehlidə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]