CƏMİYYƏT
Ötən gün 13,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 29 mart, AZƏRTAC
Polis əməkdaşlarının martın 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,6 kiloqrama yaxın heroin, 5,1 kiloqramdan çox marixuana, 70 qramdan çox metamfetamin və 52 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:11]
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
- 26.04.2024 [14:05]
Ölkə ərazisində sabit hava şəraiti davam edəcək
- 26.04.2024 [14:02]
“Bilim hər yerdə” layihəsi Laçında
- 26.04.2024 [13:47]
“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib
- 26.04.2024 [13:12]