İQTİSADİYYAT
Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək
Bakı, 29 mart, AZƏRTAC
Bu il Bakıda “KOB Dünya Forumu” keçirilməsi planlaşdırılır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov, Kiçik Biznes üzrə Beynəlxalq Şuranın prezidenti və baş icraçı direktoru Ayman El Tarabişi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Sahibkarlıq, KOB-lar, Regionlar və Şəhərlər Mərkəzinin şöbə müdiri Selin Kaufman arasında görüş keçirilib.
Onlayn formatda təşkil olunmuş görüşdə Agentliyin KOB sahəsində hər iki təşkilatla əməkdaşlıq etdiyi qeyd olunub, KOB-ların inkişafında innovasiyaların tətbiqinə, maliyyəyə və bazarlara çıxışa, gələcək birgə layihə və təşəbbüslərə, eləcə də bu il Bakıda keçirilməsi nəzərdə tutulan “KOB Dünya Forumu”na dair fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün POS-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]