İQTİSADİYYAT
Azərbaycan “yaşıl enerji”, kənd təsərrüfatı və turizm sahələrində İspaniyanın təcrübəsindən yararlana bilər
Bakı, 29 mart, AZƏRTAC
İspaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə İspaniya Ticarət Palatasında bu ölkədə fəaliyyət göstərən sahibkarların görüşü keçirilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad olunmuş ərazilərimizdə və sənaye parklarında yaradılan investisiya imkanları barədə məlumat verib. Azərbaycanın “yaşıl enerji”, kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə İspaniya təcrübəsindən yararlana biləcəyi və bu istiqamətlərdə əməkdaşlığın yüksək potensiala malik olduğu diqqətə çatdırılıb.
İspaniya sahibkarları azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Görüşdə Azərbaycanın biznes imkanlarına dair təqdimat nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]