Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı tarixi əhəmiyyət daşıyır

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı tarixi əhəmiyyət daşıyır

Bakı, 31 mart, AZƏRTAC

XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğın 1905-1907-ci illərə təsadüf edir. Bu illərdə Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirildi. 1917-ci il Oktyabr çevrilişindən sonra ermənilər iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. Qafqazın fövqəladə komissarı təyin edilən (mart 1918) Stepan Şaumyan Bakıya göndərildi. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan S.Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etdi, “Müsavat”ın mövqeyinin güclənməsinə imkan vermədi, hər addımda “Müsavat”ın siyasi təsirini aradan qaldırmaq, sosial dayaqlarını məhv etmək üçün müxtəlif metodlardan istifadə etdi.

Bu fikirləri AZƏRTAC-a AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə bildirib. O qeyd edib ki, Bakı Soveti 1918-ci ilin yanvar ayında Şaumyanın göstərişi ilə Müsəlman korpusunun komandiri general Əsəd bəy Talışinskinin (Talışinski rus-yapon müharibəsində Port–Arturun qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu) Bakı vağzalında həbs edilməsi şəhər əhalisi arasında hiddətə səbəb oldu, Bakıda və ətraf kəndlərdə etiraz nümayişləri başladı. Növbəti təxribat “Evelina” gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərk-silah edilməsi hadisəsi oldu. Martın 29-da məşhur milyonçu Şəmsi Əsədullayevin oğlu, zabit Əli Əsədullayevin komandanlığı altında “Vəhşi diviziya” hissələri sovet hakimiyyəti orqanlarının icazəsi olmadan Lənkərana yola düşmək üçün Bakı limanında “Evelina” paroxoduna minirlər. Şəhərdə çoxsaylı erməni silahlı dəstələri var idi və bolşeviklər buna göz yumurdu. Martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərləri S.Şaumyanın tapşırığı ilə tərk-silah edilirlər. Müharibəyə başlamaq üçün bəhanə axtaran erməni daşnak-rus bolşevik silahlı dəstələrinin “Evelina” gəmisinə hücum edərək azərbaycanlıları tərk-silah etməsi əhali arasında narahatlığa səbəb olur. Müsavatçılar alınmış silahların qaytarılması haqqında inqilabi komitəyə ultimatum verdilər və bu məqsədlə öz nümayəndə heyətlərini göndərdilər. Həmin gün Hərbi-İnqilab Komitəsində S.Şaumyanın, eləcə də “Müsavat” partiyasının nümayəndəsi Məhəmməd Əmin Rəsulzadənin iştirakı ilə keçirilmiş təcili müşavirədə alınmış silahların “Hümmət” təşkilatı vasitəsilə qaytarılması qərara alındı. Beləliklə, S.Şaumyanın qabaqcadan hazırladığı təxribat baş tutdu və azərbaycanlıların qırğınının başlanması üçün siqnal oldu. Erməni Milli Şurası və ona tabe olan bütün erməni silahlı qüvvələri təxribatın əvvəlində özlərinin bitərəfliyini elan etsələr də, sonradan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər. Əslində yalnız adı sovetlərin siyahısında olan Bakı Sovetinin ordusu Erməni Milli Şurasına tabe idi. Bolşevik N.N.Kolesnikova öz xatirələrində həmin dövrdə Bakıda baş verənləri şərh edərək yazırdı: “Müsavatçılar sıхışdırılıb şəhərdən uzaqlaşdırılan kimi ayrı-ayrı silahlı daşnak dəstələri şəhərdə qırğına, evləri yandırmağa, talanlar törətməyə, heç bir şeydə günahı olmayan dinc əhalini, başlıca olaraq azərbaycanlıları qətlə yetirməyə başladılar. Erməni silahlı dəstələrinin rəisi Tatevos Əmirov bizimlə sıx əlaqə saхlayırdı”.

Hətta daşnak silahlı dəstələri Nəriman Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmiş, özü isə qaçmaqla canını qurtarmışdı. Bütün bunları görən Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Bu üzdəndir ki, Cümhuriyyətin qurulduğu sırada müsəlləh rus ordusu qüvvələrinə dayanan bolşeviklər, Azərbaycanın baş kəndi Bakını zəbt etdilər, türk–müsəlman əhali üzərində qətli yapdılar”.

“Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanan S.Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirmək üçün fəaliyyətə keçən Bakı Kommunası, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə qırğınlar törətdi. 1918-ci il martın 30-dan Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanıldı. Qırğında Bakı Sovetinin 6 min, “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etdi. Bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş erməni silahlıları, uşaq, qadın, yaşlı, gənc demədən hər kəsi qətlə yetirdi. Üç gün davam edən qırğında bəzi mənbələrə görə 12, bəzi mənbələrə görə 17 min adam öldürüldü. Həmin dəhşətli günlərin şahidi olmuş Seyid Cəfər Pişəvəri “Bakıdakı ilk sovet hökumətinin müqəddəratı” adlı məqaləsində yazır: “Mən daşnakların vəhşiliklərini, saysız–hesabsız günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu, çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıxıb kədərləndirirdi”.

Alim bildirib ki, bu qırğının dəhşətləri qeyri-müsəlmanlar tərəfindən də ifadə edilib. O zaman Bakıda olan ingilis konsulu Mak-Donald qeyd edir ki, “Bakıda şəhərin küçələrində müsəlman meyitlərindən başqa müsəlman qalmamışdı”. Yenə də o zaman Bakıda yaşayan bolşevik Bilyumin xatirəsində “Erməni daşnakları 1918-ci ilin yazında 3-4 gün içərisində şəhərdə 20 min kasıb müsəlman əhalisini qətlə yetirdi”yini qeyd edib. Soyqırımından az sonra, 1925-ci ildə Kulner soyadlı bir almanın Bakı qırğını haqqında yazdıqları qətliamın dəhşətini gözlər önünə sərir: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Rəsmi mənbələrə görə, 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə dinc əhali etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilmişdi.

Zəngəzurda və Naxçıvanda, 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər həyata keçirilən qırğınlarda, Andranikin başçılığı altında erməni qoşun hissələrinin əli ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, bütövlükdə 197 kənd dağıdılmış, sakinləri qətlə yetirilmiş, sağ qalanlar öz ev-eşiklərindən didərgin salınmış, əmlakları talan olunmuş, evləri dağıdılmışdı. Bu qədər ağır itkiyə, qırğına baxmayaraq, ermənilərin bu cinayətlərinə siyasi qiymət verilməsinə havadarları tərəfindən imkan verilməmiş, bolşeviklər ermənilərin müsəlman türklərinə qarşı törətdikləri soyqırımı ört-basdır etmişlər.

Yalnız Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələri araşdırıldı. Faciənin tədqiqi məqsədilə Nazirlər Şurası tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradıldı (15 iyul 1918). Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, “azərbaycanlılara qarşı soyqırımı törədən erməni quldurları təkcə Şamaxıda 8 minədək dinc sakini öldürmüş, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə tamamilə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə-yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir”.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919-cu və 1920-ci illərdə martın 31-i Ümummilli Matəm Günü kimi qeyd edilib. Bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.

“Sovetlər İttifaqının çökməsi nəticəsində 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi və sələfinin başladığı işi (31 Mart soyqırımına siyasi qiymət verməyi) başa çatdırmağı tarixi fürsət kimi qiymətləndirdi. 31 Mart soyqırımının araşdırılması, həqiqətlərin dünyaya çatdırılması işi Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla başladı. Bu Fərmanla erməni millətçilərinin hərəkətlərinə hüquqi-siyasi qiymət verildi. Soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparıldı. Həmin vaxtdan 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Bu Fərman həm tarixə obyektiv qiymət vermək və azərbaycanlıların soyqırımı məsələsini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm sənəd, həm də uydurma “erməni soyqırımı” təbliğatına güclü zərbədir. Həmin Fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, soyqırımların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu. Fərmandan sonra 31 Mart soyqırımının öyrənilməsi istiqamətində mühüm işlər görüldü. Aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıldı, bir çox əsərlər yazıldı, əcnəbi dillərə tərcümə olundu.

2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunan Quba soyqırımı məzarlığı (kütləvi məzarlıq) bu dəhşətli faciənin (1918-ci ilin aprel - may aylarında təkcə Quba qəzasında 167 kənd tamamilə məhv edilib) sübutudur. Məzarlıqda azərbaycanlılarla yanaşı, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri xüsusi amansızlıqla qətl edilərək basdırılıb. 2009-cu ildə Nazirlər Kabinetinin qərarı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edildi, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alındı. 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamın icrasından irəli gələn məsələlər geniş şəkildə həyata keçirilib.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində soyqırımının dəhşətli miqyası dünya ictimaiyyətinə çatdırılıb. Artıq beynəlxalq aləm erməni qəddarlığı, azərbaycanlılara qarşı törədilən soyqırımı və terror aktları ilə yaxından tanışdır”, - deyə alim fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm