CƏMİYYƏT
Təlim: “İzotop” kombinatında şərti yanğın “məhdudlaşdırılaraq söndürülüb”
Bakı, 31 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “İzotop” xüsusi kombinatı ərazisində kombinatın ştatdankənar yanğınsöndürmə qrupları və Dövlət Yanğından Mühafizə Xidməti Qaradağ Rayon Yanğından Mühafizə Hissəsinin 13 nömrəli Yanğından Mühafizə Bölməsinin şəxsi heyətinin birgə iştirakı ilə təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd kombinat ərazisində baş verə biləcək yanğın zamanı qarşılıqlı fəaliyyətin təşkili, yanğın zamanı əməkdaşların təhlükəsiz əraziyə təxliyə olunması, yanğının söndürülməsi və fərdi yanğınsöndürmə vasitələrindən istifadə qaydaları üzrə bilik və bacarıqların təkmilləşdirilməsi olub.
Təlim zamanı kombinat ərazisində baş vermiş şərti yanğın qısa müddətdə “məhdudlaşdırılaraq söndürülüb”, “zərərçəkmişlər” təhlükəsiz əraziyə təxliyə edilib.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.