TARİXDƏ BU GÜN


25 OKTYABR

A+ A

1913-cü il. Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerası olub. 2013-cü ildə UNESCO çərçivəsində bu operettanın 100 illiyi qeyd edilib. Əsər dörd dəfə ekranlaşdırılıb. 1945-ci ildə baş rolda Rəşid Behbudovun iştirakı ilə çəkilmiş və dünyanın 130-dan çox ölkəsində nümayiş etdirilmiş ekran əsəri bu filmlər arasında ən populyarı sayılır.
1921-ci il. SSRİ Sərhəd Qoşunlarının general-mayoru rütbəsinə qədər yüksələn ilk azərbaycanlının - Mustafa Nəsirovun (1921-2012) doğum günüdür. O, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Qırmızı bayraqlı Zaqafqaziya Sərhəd Dairəsi qoşunlarının rəis müavini (1972-1987), Respublika Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının birinci sədri, əmək və silahlı qüvvələr veteranı, MDB Parlamentlərarası Assambleyasının müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri (1994-1995) olub.
2008-ci il. Böyük Azərbaycan opera və estrada müğənnisi Müslüm Maqomayev (1942-2008) vəfat edib. M.Maqomayev 1973-cü ildə 31 yaşında SSRİ Xalq Artisti adına layiq görülüb. 1960-cı və 1970-ci illərdə SSRİ-də M.Maqomayevin populyarlığının həddi-hüdudu yox idi. O, minlərlə tamaşaçı yeri olan, ağzınacan dolu stadionlarda konsertlər verir, Sovet İttifaqı boyu bitib-tükənməyən qastrol səfərlərinə çıxır, tez-tez televiziyaya dəvət edilirdi. Onun mahnıları yazılmış qrammofon valları çox böyük tirajlarla çıxırdı. M.Maqomayev hələ də postsovet məkanında bir çox nəsillərin nümayəndələrinin pərəstiş etdiyi böyük müğənni hesab olunmaqdadır. M.Maqomayevin konsert repertuarında 600-dən çox əsər, o cümlədən ariyalar, romanslar, mahnılar var. Böyük sənətkar 20-dən çox mahnının, tamaşa, müzikl və kinofilmlərə musiqinin müəllifidir.
1825-ci il. “Vals kralı”, tanınmış Avstriya bəstəkarı, dirijor və skripkaçı İohann Ştrausun (1825-1899) doğum günüdür. İ.Ştraus yaradıcılıq həyatı boyu 496 əsər, o cümlədən 168 vals yaradıb. O, dünya şöhrətli “Vyana meşələrinin nağılları” valsının, “Yarasa” və “Qaraçı baron” operettalarının müəllifidir.
1921-ci il. Azərbaycanın Xalq Artisti Nəcibə Məlikovanın (1921-1992) doğum günüdür. İstedadlı aktrisa “Ögey ana” (1959), “Aygün” (1961), “Əhməd haradadır?” (1964), “Arşın mal alan” (1966) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
10.12.2016 [09:00]
09.12.2016 [09:00]
08.12.2016 [09:00]
07.12.2016 [09:00]