CƏMİYYƏT


261 adda dərslik və müəllimlər üçün vəsait çap olunub

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

2016-2017-ci tədris ili üçün 261 adda 6 milyon 600 min nüsxə dərslik və müəllimlər üçün vəsait çap olunub.

AZƏRTAC xəbər verir ki, dərsliklərdə əsas dəyişikliklər IX sinif dərslikləri ilə bağlıdır. Kurikulum əsasında hazırlanan həmin dərsliklər tamamilə yenilənib.

Dərsliklər və dərs vəsaitləri avqustun 15-dək yerli təhsil idarəetmə qurumlarına çatdırılıb. Dərsliklər sentyabrın 5-dək şagirdlərə paylanacaq. Dörd il müddətinə istifadəyə verilən dərsliklərdən səliqəli istifadə ilə bağlı məktəblərdə maarifləndirmə tədbirlərinin aparılması da nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.