DÜNYA
İtaliyada turistlərin olduğu qayığın batması 4 nəfərin ölümü ilə nəticələnib
Roma, 29 may, AZƏRTAC
İtaliyanın şimalındakı Maggiore gölündə turistlərin olduğu 16 metrlik yelkənli qayığın batması nəticəsində 4 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, sərnişinlər və ekipaj üzvləri daxil olmaqla 24 nəfərin olduğu qayıq əlverişsiz hava səbəbindən aşıb. İyirmi nəfər ətrafdakı qayıqlar tərəfindən xilas edilib, onlardan bəziləri üzərək sahilə çıxıb. Hadisə nəticəsində 4 nəfər itkin düşüb və onların cəsədləri dalğıclar tərəfindən göldən çıxarılıb.
Qayığın güclü küləyin səbəb olduğu yüksək dalğalar nəticəsində aşdığı ehtimal edilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]