CƏMİYYƏT
Mayın 29-da Azərbaycanda COVID-19 infeksiyasına 1 yoluxma faktı qeydə alınıb
Bakı, 29 may, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 461 nəfər müalicə olunaraq sağalıb, 10 min 273 nəfər vəfat edib. Aktiv xəstə sayı 88 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 678, bu günə qədər isə ümumilikdə 7 milyon 619 min 511 test icra olunub.