İDMAN
“Sabah” klubu Azərbaycan Basketbol Liqasının qalibi olub
Bakı, 30 may, AZƏRTAC
“Sabah” klubu Azərbaycan Basketbol Liqasının qalibi olub.
AZƏRTAC xəbər verir ki, mayın 30-da “Sərhədçi” İdman Mərkəzində “Sabah” və “Gəncə” komandaları turnirin final seriyasının sonuncu oyununda üz-üzə gəliblər.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib və qarşılaşma əlavə vaxta gedib. “Sabah” gərgin və maraqlı oyunun yekununda “Gəncə” üzərində 86:85 hesablı qələbə qazanıb. Final seriyasında 3:2 hesablı qələbə qazanan “Sabah” komandası Azərbaycan Basketbol Liqasında 2022-2023-cü il mövsümünün çempionu adını qazanıb.
Final seriyasının ən dəyərli oyunçusu (MVP) amerikalı Entoni Patti seçilib. Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (24 xal, 13 ribaund), “Gəncə”dən isə Kollin Törner (26 xal, 11 asist) olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]