REGİONLAR
Güclü külək Ağdam rayonunda fəsadlar törədib
Ağdam, 31 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Mayın 31-də yağış və dolu ilə müşayiət olunan güclü külək Ağdam rayonunun yaşayış məntəqələrinə ziyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, külək nəticəsində rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilişi kəsilib, ağaclar aşıb, evlərə, ictimai binalara, təsərrüfatlara ziyan dəyib. Külək rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub. Qaradağlı kəndində kökündən qopan ağac avtomobilin üstünə aşıb. Nəticədə Məmmədov Xəqani Rəhbər oğluna məxsus VAZ 2106 markalı avtomobil yararsız hala düşüb. Xəsarət alan sürücü xəstəxanaya aparılıb.
Hazırda dəyən ziyanın araşdırılması davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [16:12]
Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb
- 18.04.2024 [15:56]
Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
- 18.04.2024 [15:39]
Beyləqanda çiyid səpininə başlanılıb
- 18.04.2024 [15:35]
Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir
- 18.04.2024 [15:07]
Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir
- 18.04.2024 [12:10]