İQTİSADİYYAT
ASCO könüllü qanvermə aksiyası keçirib
Bakı, 2 iyun, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) könüllü qanvermə aksiyası təşkil olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun akt zalında təşkil olunan nəcib tədbirdə əməkdaşlar həvəslə iştirak ediblər. Onlar belə aksiyalarda iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Humanitar aksiyada toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Respublika Qan Bankına təhvil veriləcək.
Qeyd edək ki, qanvermə aksiyası Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.