ELM VƏ TƏHSİL
“Məktəbdə...” layihəsində növbəti görüş
Bakı, 6 iyun, AZƏRTAC
“Məktəbdə...” layihəsinin növbəti görüşü iyunun 7-də Bakı şəhəri 35 nömrəli tam orta məktəbdə keçiriləcək.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Milli Məclisin deputatı Fazil Mustafa olacaq.
Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.