Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Milli Məclisin komitə iclasında dövlət büdcəsi ilə bağlı dörd qanun layihəsi müzakirə edilib

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiyada növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Tahir Mirkişili gündəliyə 5 məsələnin daxil edildiyini bildirib.

Diqqətə çatdırılıb ki, onlardan ilk 3 məsələ 2023-cü ilin dövlət büdcəsinin dürüstləşdirilməsi, 4-cü məsələ 2022-ci ilin dövlət büdcəsinin icrası ilə, sonuncu məsələ isə Gömrük Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır.

Gündəliyin təsdiqindən sonra iclasda birinci 3 məsələnin - “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrin təqdimatları və müzakirəsi birgə keçirilib.

Qanun layihələri barədə fikirlərini açıqlayan Tahir Mirkişili 2023-cü ildə dünyada iqtisadi proqnozlarda baş verən dəyişikliklərdən danışıb. Dünya iqtisadi proqnozlarında iqtisadi artım templərinin zəifləməsi tendensiyasından söz açan komitə sədri dövlətlərin sərt monetar və fiskal siyasət yürütmək, uçot dərəcələrini qaldırmaq məcburiyyətində qalmalarını qeyd edib. Sərt monetar və fiskal siyasətin ÜDM-ə, iqtisadi artım templərinə təsirlərindən danışan komitə sədri 2023-cü ilin iqtisadi proqnozlarında həm dünyada, həm də Azərbaycanda ÜDM-də azalmaların gözlənildiyini bildirib. Lakin bütün bunların fonunda baxılan dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırılır. Komitə sədri vurğulayıb ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar ölkəmizin qarşısında dayanan çağırışları təmin etməyə imkan verəcək.

Sonra iclasda maliyyə nazirinin müavini Azər Bayramov büdcə gəlirlərindəki artımların strukturu barədə məlumat verib və xərclərdəki dəyişiklikləri şərh edib. Nazir müavini son dürüstləşdirmələr və aparılan korrektələr barədə danışaraq, bildirib ki, yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 780,5 milyon manat, xərcləri isə 36 milyard 569,8 milyon manat təşkil edəcək. Azər Bayramov bildirib ki, bu dəyişikliklər büdcə qaydasının tələbləri üzrə müəyyən edilmiş yuxarı həddə təsir etməyəcək.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanda sosial iqtisadi inkişaf, makroiqtisadi proqnozlar və inflyasiya ilə bağlı danışaraq bildirib ki, ötən ilin qeyri-müəyyənliklə müşayiət olunması proqnozlaşdırmaya da təsirini göstərib. Qlobal iqtisadi və siyasi böhranların proqnozlarda dəyişikliklərə gətirib çıxardığını deyən Elnur Əliyev bütün bunların dünyada və Azərbaycanda inflyasiyanın artmasına təsir göstərdiyini vurğulayıb. Cari ildə ölkədə ÜDM-in real artım tempi 1,8 faiz, inflyasiya isə 10,4 faiz proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin inflyasiya proqnozuna aydınlıq gətirən nazirin birinci müavini idxal olunan inflyasiyanın azaldılması imkanları barədə fikirlərini bölüşüb.

Sonra Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli İqtisadiyyat Nazirliyinin büdcədən kənar gəlir və xərclərinin formalaşması barədə şərh verib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manata yaxın təşkil edəcək. Bu əlavə tələb olunan 4 milyon manat vəsait fondun büdcəsinin əvvəlki ildə istifadə olunmamış qalığından maliyyələşəcək.

Sosial müavinətlərlə bağlı dəyişikliklərin strukturunu açıqlayan nazir müavini İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılması barədə də məlumat verib. O bildirib ki, artım İşsizlikdən Sığorta Fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək. Təklif olunan dəyişikliklər haqqı ödənilən ictimai işlərin təşkili, sosial müəssisələrin yaradılması, məşğulluğun təmini tədbirlərinin həyata keçirilməsi istiqamətində xərclərin artımları üçün nəzərdə tutulur.

İclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov 2023-cü ilin dövlət büdcəsinin layihəsinin birinci və ikinci oxunuşu arasında edilən müəyyən dəyişikliklərin palatanın əvvəlki rəyinə təsir etmədiyini bildirib.

Hesablama Palatasının sektor müdiri Zaur Vəliyev Büdcə xərclərinin planlaşdırılması, Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) ilə bağlı islahatların bəzi məqamlarını, aktual məsələlərini diqqətə çatdırıb.

Qanun layihələrinin müzakirəsində komitənin sədr müavini Əli Məsimli, komitə üzləri Vüqar Bayramov, Vahid Əhmədov, Mahir Abbaszadə, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Aydın Hüseynov çıxış ediblər sənədlərdəki dəyişiklikləri müsbət qiymətləndiriblər. Təklif olunan dürüstləşdirmədə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinin, Böyük Qayıdış Proqramının icrasının, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılmasının prioritetdə saxlanılmasını təqdirlə qarşılayıblar.

Deputatlar büdcə gəlirlərinin artımında dayanıqlığın təmini üçün qeyri-neft sektorunun potensial imkanlarından istifadənin əhəmiyyətindən danışıblar, idxal olunan inflyasiyanın azaldılması, əməkhaqqılarının artırılması, regionlarda işsizlik probleminin həlli ilə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər.

Komitə sədri Tahir Mirkişili, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev səslənən fikirlərə münasibətlərini bildiriblər, deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Hər üç qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Sonra komitə sədri Tahir Mirkişili bildirib ki, 4-cü məsələ olan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşdadır və layihəni səsverməyə təqdim edib.

Sənəd üçüncü oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Komitə sədri 5-ci məsələnin - Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) "Tullantılar haqqında" Qanuna uyğunlaşdırma xarakteri daşıdığını bildirib. Qeyd edib ki, layihəyə görə, ölkənin gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı tutulacaq.

Sənəd ikinci oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Füzuliyə çatıb

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qazaxın dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir - ŞƏRH

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi

Hesabat: Dünyanı ən çox narahat edən 15 problem

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Düzgün nəfəs almaq ömrü uzadır

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Şimali Koreya ilk genişmiqyaslı nüvə əks-hücum təlimini keçirib

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Bloomberg: Rusiyada neft emalı minimuma enib

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

Kemeron: Tacikistana səfər edən ilk britaniyalı xarici işlər naziri olmaqdan şadam

Duda: Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib

Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır

Kiyevdə 1913-cü ildə azərbaycanlı tələbələrin gizli yığıncağına həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb