TARİXDƏ BU GÜN


26 AVQUST

A+ A

2014-cü il. Azərbaycan Xalça Muzeyinin yeni binasının açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Muzeyin binasını tanınmış avstriyalı memar Frans Yants layihələndirib. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən çox eksponat və əşya saxlanılır.

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiqləyir. Xatırladaq ki, muğam və tar ifaçılığı sənəti UNESCO-nun dünya mədəniyyətinin qeyri-maddi irsi siyahısına da daxil edilib.

 

1938-ci il. Görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanski vəfat edib (1895-1938). Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçib. O, milli hərb sənəti tarixinə dəyərli töhfələr verib, yüksək ixtisaslı hərbçi kadr hazırlığı sahəsində əvəzsiz xidmətlər göstərib. Cəmşid Naxçıvanski 1930-cu illərin ağır repressiyalarına məruz qalmış və totalitarizmin qurbanına çevrilmiş vətənpərvər şəxsiyyətlərdəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə onun 120 illik yubileyi ölkəmizdə geniş qeyd olunub.

 

2003-cü il. Milli kino və teatr sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq Artisti Həsən (Əbdülhəsən) Ağaməmməd oğlu Məmmədov ömrünün 65-ci ilində vəfat edib (1938-2003). Onun “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “İstintaq” (Murad), “Axırıncı aşırım” (Abbasqulu bəy), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad) və digər filmlərdə yaratdığı obrazlar qalereyası təbiiliyi və özünəməxsusluğu ilə fərqlənir.

 

1957-ci il. İlk tranzistorlu radio satışa çıxarılıb. 1947-ci ildə tranzistorun ixtirasından sonra bu mexanizmin ən çox istifadə olunduğu qurğu məhz tranzistorlu radio hesab edilir. 1954-cü ildən etibarən təkmilləşdirilməyə başlayan bu elektronik kommunikasiya qurğusunun satışı 1960-1970-ci illərdə milyardı ötmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
08.12.2016 [09:00]
07.12.2016 [09:00]
06.12.2016 [09:00]
05.12.2016 [09:00]