QAN YADDAŞI
26 fevral şagirdlərin gözü ilə
Qusar, 23 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Rəsm Qalereyasında “26 fevral şagirdlərin gözü ilə” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Qusar Uşaq İncəsənət Məktəbinin və rayonun digər təhsil ocaqlarının şagirdlərinin çəkdiyi 40-a yaxın rəsm əsəri nümayiş etdirilir. Sərgidə Azərbaycanın məşhur rəssamlarının da rəsm əsərləri yer alıb.
Sərginin ilk günü rayon məktəblərində təhsil alan şagirdlər Xocalı faciəsini əks etdirən rəsmləri izləyiblər.
Qalereyanın bələdçiləri həm rəsmlər haqqında, həm də fevralın 25-dən 26-na keçən gecə baş verən qanlı hadisələr barədə məktəbliləri ətraflı məlumatlandırıblar.
Qusar Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə təşkil olunan sərgi bir həftə davam edəcək.