ELM VƏ TƏHSİL
26 noyabr - Dünya İnformasiya Günüdür
Bakı, 26 noyabr, AZƏRTAC
Hər il noyabrın 26-sı Dünya İnformasiya Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu təşəbbüs BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Dünya İnformasioloji Parlamenti tərəfindən irəli sürülüb.
Əlamətdar günün beynəlxalq təqvimə salınması ilə bağlı qərar 1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə keçirilən birinci Beynəlxalq İnformasiyalaşdırma Forumunda verilib. Noyabrın 26-da Dünya İnformasiya Gününün keçirilməsinə dair qərar isə rəsmi olaraq UNESCO tərəfindən 1994-cü ildə qeydiyyata alınıb.
Dünya İnformasiya Gününün əsas məqsədi mütəxəssislərin diqqətini bu sahədə olan problem və məsələlərə yönəltməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]