TARİXDƏ BU GÜN


27 AVQUST

A+ A

1991-ci il. Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında muxtar respublika ərazisində Sov.İKP-nin və komsomol təşkilatının fəaliyyətinin dayandırılması və onların əmlakının milliləşdirilməsi haqqında qərar çıxarılıb. Ali Məclis, həmçinin Moskvada kommunist-revanşist qüvvələrin “avqust qiyamı”nı pisləyən bəyanat qəbul edib.
1991-ci il. Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə Leninin şəhərin mərkəzi meydanındakı heykəli sökülüb. Onun adını daşıyan meydanın adı dəyişdirilərək “Azadlıq meydanı” adlandırılıb.
1998-ci il. Görkəmli kinorejissor, Xalq Artisti Tofiq Tağızadə vəfat edib (1919-1998). Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirən rejissor 14 film çəkib. Ötən əsrin 50-ci illərdə çəkdiyi üç filmlə - “Görüş”, “Uzaq sahillərdə” və “Əsl dost” filmləri ilə milli kinomuza yeni üslub gətirib. O, “Dədə Qorqud” dastanının motivlərini ekranlaşdıran ilk kinorejissordur.
1770-ci il. Görkəmli alman filosofu Georq Vilhelm Fridrix Hegelin doğum günü (1770-1831). Hegel tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
1871-ci il. Tanınmış Amerika yazıçısı Teodor Drayzer anadan olub (1871-1945). 1900-cü ildə yazdığı “Kerri bacı” romanına görə cəmi 68 dollar 40 sent qonorar alır və tamamilə ruhdan düşür. Yeddi ildən sonra “Kerri bacı” İngiltərədə növbəti dəfə işıq üzü görür və bestsellerə çevrilir. Roman bütün Avropa dillərinə tərcümə olunaraq çap edilir, eləcə də ABŞ-da nəşr olunur. Teodor Drayzer “Cenni Herhardt”, “Arzular trilogiyası”, “Dahi”, “Amerika faciəsi” və digər məşhur əsərlərin də müəllifidir.
1955-ci il. “Ginnesin rekordlar kitabı” ilk dəfə Böyük Britaniyada “Ginness” pivə zavodunun sifarişi ilə nəşr edilib. Çox keçmədən Britaniya bestselleri olub. Hazırda isə dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
06.12.2016 [09:00]
05.12.2016 [09:00]
04.12.2016 [09:00]
03.12.2016 [09:00]