TARİXDƏ BU GÜN


27 DEKABR

A+ A

2008-ci il. Dənizkənarı Milli Parkda Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. Formasına görə qədim Azərbaycan musiqi alətlərindən birini - tarı xatırladan binada 350 tamaşaçı yeri olan zal, klub, tədris otaqları və səsyazma studiyası var.
1945-ci il. Beynəlxalq Valyuta Fondu (BVF) təsis edilib. Həmin gün 29 dövlət BVF-nin Xartiyasını imzalayıb. Hazırda BVF öz sıralarında 188 dövləti birləşdirir. Onun strukturlarında 133 ölkədən 2500 əməkdaş işləyir.
1822-ci il. Fransız kimyaçı alim, mikrobiologiya və immunologiyanın əsasını qoyanlardan biri Lui Paster (1822-1895) anadan olub. O, kimyada stereokimya deyilən yeni istiqamət açıb. L.Paster 1861-ci ildə maye ərzaq məhsullarının sonralar “pasterizasiya” adlandırılan istilik emalı ilə saxlanması üsulunu təklif edib. 1881-ci ildə Sibir xorası, 1885-ci ildə quduzluq əleyhinə vaksinlər hazırlayıb.
1922-ci il. Azərbaycanın Xalq Artisti, bəstəkar Oqtay Kazıminin (1922-2010) doğum günüdür. İstedadlı bəstəkar mahnı yaradıcılığı ilə bərabər, tamaşa və operettalara musiqi bəstələyib. Azərbaycanda ilk rok-operanın müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
17.01.2017 [09:00]
16.01.2017 [09:00]
15.01.2017 [09:00]
14.01.2017 [09:00]