TARİXDƏ BU GÜN


27 OKTYABR

A+ A

2010-cu il. Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

 

1932-ci il. Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallı vəfat edib (1909-1932).Teatr tamaşalarına musiqi bəstələyib, “Uşaq süitası” əsəri ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, bir sıra xalq mahnılarını nota alıb.

 

1449-cu il. Böyük özbək mütəfəkkiri, astronom və riyaziyyatçı, dövlət xadimi Məhəmməd Tarağay Uluqbəy vəfat edib (1394-1449). Əmir Teymurun nəvəsidir, atası Şahruxun ölümündən sonra Teymurilər dövlətinin başçısı olub. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mükəmməl astronomiya kataloqu olub. Uluqbəy özbək dilində şeirlər də yazıb.

 

1782-ci il. İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanininin doğum günüdür (1782-1840).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
08.12.2016 [09:00]
07.12.2016 [09:00]
06.12.2016 [09:00]
05.12.2016 [09:00]