TARİXDƏ BU GÜN


27 SENTYABR

A+ A

1979-cu il. Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən Dünya Turizm Günü təsis edilib. Bundan məqsəd turizmin təbliği, onun dünya iqtisadi birliyinə töhfəsinin işıqlandırılması, müxtəlif ölkələrin xalqları arasında əlaqələrin inkişaf etdirilməsidir. Bu gün Şimal yarımkürəsində turizm mövsümünün başa çatmasına və Cənub yarımkürəsində başlamasına həsr olunub.

 

2002-ci il. Norveç hökuməti Abel mükafatını təsis edib. Mükafat Norveç riyaziyyatçısı Nils Henrik Abelin şərəfinə təsis edilib. Cəmi 26 il ömür sürən görkəmli riyaziyyatçı böyük elmi irs qoyub. 2003-cü ildən başlayaraq hər il bu mükafat müasir dövrün qabaqcıl riyaziyyatçılarına təqdim edilir. Mükafatın ilk laureatı fransız alimi Jan-Pyer Serr olub. Abel mükafatının məbləği 6 milyon Norveç kronu (1,06 milyon dollar) civarındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
08.12.2016 [09:00]
07.12.2016 [09:00]
06.12.2016 [09:00]
05.12.2016 [09:00]